17 mart 2020 12:45
829

Yaponiyada intihar halları rekord səviyyədə azalıb

Ötən il Yaponiyada 20 min 169 nəfər özünəqəsd və ya intihar edib. Bu, həmin statistikanın aparılmağa başladığı 1978-ci ildən bəri ən aşağı göstəricidir.

Bu barədə Yaponiya Milli Polis Agentliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, həmin addımı atanların əksəriyyəti kişilərdir – 14 min 78 nəfər. Hər 100 min nəfərə düşən özünəqəsd hallarının sayına görə Yamanasi, İvate və Akita prefekturaları öndə gedir. Yaponiya hökuməti 2025-ci ilədək ölkədə özünəqəsd hallarının sayını hər 100 min nəfərə 13 nəfər həddinə endirməyə çalışır. Həmin rəqəm ABŞ və Almaniyada qeydə alınmış müvafiq göstəriciyə bərabərdir. Hazırda Yaponiyada bu rəqəm 15,8 nəfər təşkil edir. //AZƏRTAC