26 sentyabr 2020 14:45
728

Yaponiyanın Baş Naziri ilə Çinin Sədri razılığa gəliblər

Yaponiyanın Baş Naziri Yoşihide Suqa ötən həftə vəzifələrinin icrasına başladıqdan sonra ilk dəfə telefonla Çinin Sədri Si Cinpin ilə danışıb.

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Baş Nazir Y.Suqa özü telefon danışığından sonra jurnalistlərə məlumat verib.

“Biz Sədr Si Cinpinlə müxtəlif ikitərəfli, regional və qlobal məsələlərin həlli üçün liderlər arasında sıx təmas saxlamaq yolu ilə əməkdaşlıq barədə razılığa gəldik”, - deyə o bildirib.

Baş Nazir Çin liderinin də Yaponiya ilə münasibətləri inkişaf etdirmək üçün hazır olduğunu vurğulayıb.

Y.Suqa bunun cavabında Yaponiya ilə Çin arasında sabit münasibətlərin həm region, həm də bütün dünya üçün fövqəladə dərəcədə vacib olduğunu bildirib.

Eyni zamanda, telefon danışığı zamanı liderlər koronavirusa qarşı müxtəlif kanallar vasitəsilə birlikdə mübarizə aparacaqlarını qeyd ediblər. Onlar, həmçinin iki ölkə arasında işgüzar səfərlərin bərpa olunması üçün danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.