24 avqust 2019 12:38
664

Yaponiyanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ olub

Avqustun 24-də Yaponiyanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ olub. AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Miyaqi prefekturasının şərq sahillərində, ocağı kiçik dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.