31 iyul 2020 17:21
297

Yaqut Qarayeva: Özəl müəssisələrin apardığı testlərin qiymətini biz müəyyən edə bilmərik

Pandemiya başlayan ilk gündən bu zamana kimi dövlət tərəfindən aparılan teslərin hamısı pulsuz həyata keçirilib.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Özəl müəssisələrdə COVİD-19 test qiymətlərinə gəldikdə isə o qeyd edib: "Bu müəssisələrin apardığı testlərin qiymətlərinə biz müdaxilə edə bilmərik. Qiymətlərin müəyyənləşdirilməsi onların daxili işidir".