23 iyun 2020 14:22
287

Yas mərasimlərinə qoyulan qadağanı pozanlar cərimələnəcək

Gürcüstanda toy, yas mərasimlərinin, şənliklərin və digər bu kimi tədbirlərin təşkilinə qoyulan qadağanı pozanlar cərimələnəcək. “İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin sədri Anri Oxanaşvili məlumat verib. Onun sözlərinə görə, 10 nəfərdən artıq şəxsin bir məkanda toplaşmasına qoyulan məhdudiyyətə əməl etməyən fiziki şəxslər 2 min lari, hüquqi şəxslər isə 10 min lari məbləğində cərimə olunacaqlar.

Bu cür pozuntulara təkrar yol verilməsi hallarında cinayət məsuliyyəti nəzərdə tutulur. A.Oxanaşvili, həmçinin qeyd edib ki, ölkədə qapalı ictimai yerlərdə tibbi maska taxmayan və ya həmin qoruyucu ləvazimatdan düzgün qaydada istifadə etməyən şəxslərə qarşı 20-30 lari arasında cərimə tətbiqi olunur. Bu qadağa iyulun 15-dək davam edəcək. Lakin qadağaların müddətinin artırılacağı istisna olunmur.