06 sentyabr 2019 15:42
127

Yasamal rayonu ərazisindəki bankların birinə saxta əskinas təqdim edən şəxs saxlanılıb

Sentyabrın 5-də Yasamal rayonu ərazisindəki bankların birinə 200 avroluq saxta əskinas təqdim edən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, 27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.