24 iyun 2020 11:40
303

Yaşayan əfsanə 33 yaşında

Kimi ona Pele, kimi Maradona, kimi də fenomen Ronalda deyir.

“İki sahil” xəbər verir ki, günümüzdə futbol dünyasının iki qəhrəmanı  - Kriştiano Ronaldo və Messi var. Bu tarixi rəqabətin ən özəl adlarından olan Lionel Messi bu gun 33 yaşına qədəm qoyur.

Karyerası ərzində bir çox rekordlara imza atan argentinalı futbolçu İspanya “La Liqa”sında  meydana çıxdığı 477 oyunda 440 qol vurub. O, Çempionlar Liqasinda 141 oyunda 114, İspanya Kral Kubokunda 75 oyunda 53, İspanya Super  Kubokunda 19 oyunda 14,  Uefa Super Kubokunda 4 oyunda 3, FİFA Dünya Klublar Kubokunda 5 oyunda 5 qola imza atıb.

Argentina milli komandasının heyətində də xeyli qolun müəllifi olub. Messi yoldaşlıq oyunlarında 34, Dünya Çempionatınnın təsnifat mərhələsində 21, Amerika Kubokunda 9, Dünya Çempionatında 6 qol vurub.

Messi dünya futbolunun yaşayan əfsanəsidir.