06 mart 2020 11:11
2178

"Yataqda qane etmirsən" dedi canından oldu - FOTO

"İnstagram"da 100 min izləyicisi olan sosial media fenomeni rusiyalı gənc qız keçmiş sevgilisi tərəfindən vəhşicəsinə öldürülüb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "İnstagram" fenomeni və model kimi fəaliyyət göstərən Yekaterina Karaqlanova yeni sevgilisi ilə tətilə çıxmaq üzrə olarkən keçmiş sevgilisi tərəfindən qətlə yetirilib. Dəhşətli hadisə gənc qızın meyitinin çamadandan çıxması ilə ortaya çıxıb. Moskvanın Nikulinsky bölgəsində yaşayan Maksim Qarevin mənzilində keçmiş sevgilisinin cansız bədəni çamadanda aşkarlandıqdan sonra o, cinayəti törətdiyini etiraf edib. 33 yaşlı qatil 24 yaşlı keçmiş sevgilisininin onu tez-tez təhqir etdiyini deyib. O, polisə ifadəsində  "Məni tez-tez təhqir edirdi, yataqda onu qane etmədiyimi deyirdi. Üstəlik cinsi həyatımız onun xoşuna gəlmirdi",- sözlərini deyib.

Belə ki, onlar ayrıldıqdan sonra 2019-cu ilin avqust ayında Yekaterina ilə danışmaq üçün onun evinə yollanıb. Orada gənc qızın 52 yaşlı varlı kişi ilə tanış olduğunu və onunla tətilə gedəcəyini öyrənib. 25 yaşını qeyd etmək üçün Amsterdama yollanan Yekaterina ilə Maksim arasında şiddətli mübahisə baş verib. Gənc qız yeni sevgilisi ilə ayrılmaq niyyətində olmadığını və yataqda onu qane etdiyini dedikdən sonra Maksim sarsıntı keçirib. O, əlinə keçən bıçaqla Yekaterinanın sinəsinə zərbələr endirdikdən sonra, onun boğazını kəsib. Daha sonra cəsədi qızın çamadanına qoyaraq, hadisə yerindən uzaqlaşıb. Məhkəmə qarşısına çıxan Maksimi ömürlük həbs cəzası gözləyir.