20 avqust 2019 14:37
686

Yeddi ayda tarlalardan 570 min tondan çox kartof yığılıb

Kənd təsərrüfatında avqust ayının 1-nə kimi tarlalardan 576,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz çox kartof, 1011,4 min ton (9,3 faiz çox) tərəvəz, 349,8 min ton (13,5 faiz çox) bostan məhsulları yığılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində 244,0 min ton (17,6 faiz çox) meyvə və giləmeyvə, 5,7 min ton (37,5 faiz çox) üzüm, 476,0 ton (11,1 faiz az) yaşıl çay yarpağı, 2,8 min ton (55,0 faiz çox) günəbaxan, 5,4 min ton şəkər çuğunduru və 2,3 min ton (12,8 faiz çox) tütün toplanıb.

Bundan başqa, 7 ayda qarğıdalı da daxil olmaqla 3234,4 min ton dənli və dənli paxlalı bitkilər yığılıb.