26 yanvar 2021 12:49
1053

Yeni minatəmizləmə maşınları alınıb

"Minatəmizləmə işlərinin surətləndirilməsi və effektivliyin artırılması məqsədilə müasir minatəmizləmə maşınları alınıb".

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları idarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, həmin minatəmizləmə maşınlarının bir hissəsi yaxın günlərdə Azərbaycana gətiriləcək: "Bundan başqa, minaaxtaran cihazların bir hissəsi alınıb, artıq mühəndis qoşunlarına istifadə üçün verilib".