10 yanvar 2020 16:57
99

Yeni Peşə Təhsil Mərkəzində təlimlər təşkil ediləcək

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müxtəlif istiqamətlər üzrə keçiriləcək təlim kurslarına qəbulu açıq elan edir.

"İki sahil" xəbər verir ki, müvafiq sahələr üzrə bilik və bacarıqlarını dərinləşdirmək istəyən namizədlər təlim kurslarına qatıla bilərlər. Təlimlərdə iştirak etmək istəyənlər müvafiq qeydiyyat formasını  (Qeydiyyat forması) doldurmalıdırlar.

Yanvarın 15-də start veriləcək təlimlərin 3 ay müddətində davam etdirilməsi nəzərdə tutulur. Təlimlər ödənişli əsaslarla həyata keçirilir.

Mərkəz tərəfindən təşkil ediləcək təlimlərin tam siyahısı ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz

Qeyd edək ki, Koreya təhsil standartları əsasında yaradılan Yeni Peşə Təhsil Mərkəzində çalışan pedaqoji heyət Koreyada təlimlərdə iştirak edib və tədris prosesini ən son yeniliklərə əsaslanaraq təşkil edirlər.