10 yanvar 2020 21:10
783

Yeniyetmələrin III Qış Olimpiya Oyunları start götürüb

İsveçrənin Lozanna şəhərində Yeniyetmələrin III Qış Olimpiya Oyunları start götürüb.

Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında 78 ölkədən 1872 idmançı mübarizə aparır. 15-18 yaşlı atletlər arasında təşkil edilən olimpiadanın proqramına əsasən, bu il ilk dəfə olaraq yarışacaq qız və oğlan idmançıların sayı bərabərdir.

Olimpiya Oyunlarında Azərbaycanı Yekaterina Ryabova təmsil edir. İdmançımız fiqurlu konkisürmə yarışlarında bacarığını nümayiş etdirəcək. Atletlər yanvarın 22-dək davam edəcək olimpiadada 16 idman növündə qalib və mükafatçıları müəyyənləşdirəcəklər. //Trend