28 yanvar 2021 16:29
731

Yerevanda hökumətin istefası tələbilə aksiya keçirilir

Ermənistanın paytaxtı Yerevanın “Respublika” meydanında hakimiyyətin dəyişməsi tələbilə aksiya keçirilir.

“İki sahil” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, etiraz aksiyasında müxtəlif siyasi partiyaların nümayəndələri, ictimai xadimlər və fəal vətəndaşlar iştirak edir.

Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın və hökumətin istefasını istəyir, bununla bağlı şüarlar söyləyirlər.