08 sentyabr 2019 14:21
124

Yerevanda keçmiş qubernatorun oğlunun avtomobili qarət edilib

Yerevanda Armavir vilayətinin keçmiş qubernatorunun oğlunun avtomobili qarət edilib.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, şəhər Polisinin Mərkəzi Bölməsinə 59 yaşlı Petik B-dən naməlum şəxsin və ya şəxslərin sentyabrın 5-dən 6-a keçən gecə Byuzanda küçəsində 45 yaşlı Karen Aqramanyana məxsus "Volkswagen Tuareg" avtomobilinin qarət edilməsi barədə məlumat daxil olub.

Karen Aqramanyan Armavir vilayətinin sabiq qubernatoru, general-mayor Aşot Aqramanyananın oğuludur. K.Aqramanyan bildirib ki, ona 200000 dram məbləğində zərər vurulub.