23 yanvar 2020 16:48
874

Yerevanda naməlum şəxs biznes mərkəzində atəş açıb

Ermənistanın paytaxtı Yerevanın mərkəzindəki “Erebuni” biznes mərkəzində naməlum şəxs atəş açıb.

Hazırda mərkəz polis tərəfindən mühasirəyə alınıb, mərkəzə giriş-çıxış yasaqlanıb.

Olay yerinə Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları da gəlib. Polis atəş açan şəxsi neytrallaşdırmağa çalışır.

Qeyd edək ki, bu biznes mərkəzində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ofisi də var. KİV atışmanın keçmiş dövlət başçısının tərəfdarlarına qarşı yönəldilə biləcəyini istisna etmir.

“Report”