30 iyul 2020 18:18
277

Yol həyatdır, mədəniyyətdir…

Azərbaycanda uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatlar nəticəsində ölkəmiz dünyanın sürətli inkişaf yolunda irəliləyən, böhrandan uğurla çıxan, özünəməxsus milli tərəqqi modelini yaradan dövlətlərindən biri kimi tanınır. Bu gün Azərbaycan postsovet məkanında inkişaf dinamikasına görə ön sırada yer alan ölkələrdəndir ki, buna səbəb cənab Prezidentin imzaladığı Dövlət proqramlarıdır. Qlobal böhranlara baxmayaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi gücü anban artmaqdadır. Dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.

Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan infrastruktunun önəmini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayıb. Son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə çox milyardlıq investisiyalar qoyulub. Təsadüfi deyildir ki, Davos İqtisadi Forumunun hesablamalarına görə, ölkəmiz bu sahədə dünyada 34-cü yerdədir və insan həyatının keyfiyyət meyarları arasında yol infrastrukturunun xüsusi çəkisi vardır. Bu gün Azərbaycanda dövlət büdcəsi hesabına ən müasir yol infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir. Azərbaycan Prezidentinin Sərəncam və göstərişlərinə əsasən, ölkəmizin hər yerində - paytaxtımızda, eləcə də regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud

yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Dövlət başçısının yol infrastrukturuna xüsusi diqqət ayırmasının nəticəsidir ki, bu gün respublikanın ən ucqar kəndlərinə belə müasir, beynəlxalqq standartlara cavab verən yollar çəkilib. Ümumilikdə, əhalinin rahat gediş-gəlişinin təmin olunması istiqamətində böyük layihələr reallaşdırılır. Paytaxt Bakının qəsəbədaxili yolları yenidən qurulur.

Avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci, MDB məkanında isə 1-ci yerdədir. Avtomobil yollarının yenidən qurulması beynəlxalq əməkdaşlıqda, yüklərin tranzit daşınmasında da mühüm rol oynayır. Təsadüfi deyil ki, 2020-ci ildə də bu istiqamətdə mühüm layihələr reallaşdırılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə regionlara növbəti səfəri çərçivəsində Qobustan, İsmayıllı, Balakən, Şəki, Qəbələ rayonlarında olmuş, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar hər bir rayonda tikintisi başa çatmış sosial obyektlərin, infrastruktur layihələrinin açılışını etmişdir. Eyni zamanda, yerlərdə əhalini narahat edən məsələlərlə maraqlanmışdır. Bu faktı da vurğulamaq lazımdır ki, son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə çox milyardlıq investisiyalar qoyulmuşdur. Bütün bunları nəzərə alan cənab Prezident sistemli şəkildə kəndarası yolların yenidən tikilməsi barədə də sərəncamlar imzalayır.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyevin hər bir bölgəyə səfərindən sonra həmin rayonun sosial-iqisadi inkişafının sürətləndirilməsi məqsədilə Tədbirlər planı təsdiqlənir və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Prezident İlham Əliyevin Şəki rayonuna səfərindən sonra rayonun Qaraməryəm-İsmayıllı-Şəki (134 km)-Şirinbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamı da bu qəbuldəndir. Sərəncamda qeyd edilir ki, üç min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki (134 km)-Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət

büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 12 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Bu, bir daha göstərir ki, Azərbaycanda aparılan siyasətin mərkəzində vətəndaş rifahı, onun layiqli həyat səviyyəsi dayanır. İmzalan Sərəncamlar həm də Prezident İlham Əliyevin regionların inkişafını ölkəmizin hərtərəfli inkişafının, həmçinin qeyri-neft sektorunun inkişafının əsası kimi qəbul etməsindən irəli gəlir. Cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf tərəqqi dövrünü yaşayır, onlar arasında sağlam rəqabət mövcuddur.

Nigar Orucova, “İki sahil”