30 iyul 2020 11:42
171

Yoluxanların 56.5 faizi Bakının payına düşür

Azərbaycanda koronavirusa yoluxanların 56.5 faizi Bakının payına düşür.

“İki sahil” xəbər verir ki, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 14 faiz təşkil edir. İkinci sırada isə 12,3 faizlik nəticə ilə Xətai rayonu qərarlaşıb. Sabunçu 11,9, Yasamal 11,8, Nəsimi 9,3, Suraxanı 8,2, Nərimanov 8,2, Nizami 7,4, Qaradağ 7,3, Səbail 4,4, Xəzər 4,7, Pirallahıda 0,3 faiz yoluxma qeydə alınıb.

Ölkə üzrə yoluxmanın 6.9 faizi Gəncə-Qazax, 16.5 faizi Abşeron yarımadası, 8.7 faizi Aran zonası, 4.6 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 0.8 faizi xaricdən gələnlərdir.

Hazırda ölkə üzrə yoluxma hallarının 1.5 faizi Şəki-Zaqatala, 2 faizi Quba-Xaçmaz, 0.9 faizi Yuxarı Qarabağ bölgəsində, 1,6 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Naxçıvanda yoluxma 0 faizdir.

Xatırladaq ki, iyulun 30-na qədər Azərbaycanda ümumi 31 221 nəfər koronavirusa yoluxub. Onlardan 24 495 nəfər sağalıb, 438 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 6 288 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 708 min 632 nəfər üzərində koronavirus testi keçirilib.