23 iyul 2019 14:33
884

YouTube kanalında ən çox baxılan mahnılar açıqlanıb

Əfsanəvi “Queen” rok-qrupunun “Bohemian Rhapsody” mahnısı YouTube kanalında köhnə kliplər arasında rekord vurub. AZƏTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, mahnıya çəkilmiş video-klipi 1990-cı illərədək bəstələnən mahnılar arasında ilk dəfə 1 milyarddan çox tamaşaçı izləyib. Bunu qeyd etmək üçün həmin videonun HD versiyası “YouTube Music, Universal Music Group & Hollywood Records” şirkətinin əməkdaşlığı ilə YouTube platformasına yüklənib. Köhnə mahnılar arasında “Queen” qrupundan sonra ikinci yeri 965 milyon baxış sayı ilə “Guns N' Roses” ansamblının “Sweet Child O' Mine” mahnısı tutur.

YouTube kanalında yeni mahnıları arasında ən çox baxılan isə Luis Fonsi və Daddy Yankinin 2017-ci ildə təqdim etdikləri “Despacito” mahnısıdır. Bu video-klipə rekord sayda – 6,3 milyard baxış olub. İngilis musiqiçisi Ed Şeranın “Shape of You” mahnısı isə 4,3 milyard baxış sayı ilə ikinci yerdə gəlir. Sonrakı yerləri Castin Biberin “Sorry” və “Baby Shark Dance” mahnıları tuturlar.