05 fevral 2019 16:30
277

Yunanıstanda 5,2 bal gücündə zəlzələ olub

Yunanıstanın Preveza şəhərindən 14 kilometr məsafədə Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Afina Universitetinin seysmologiya laboratoriyası məlumat verib. Bildirilir ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə dənizdə olub.

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Zəlzələ ətraf bölgələrdə, şəhərlərdə də hiss olunub.