09 fevral 2020 10:35
941

Yunanıstanda Afrika vəbası baş qaldırıb

Yunanıstanda səhiyyə orqanları ölkənin Serre bölgəsində donuz fermasında Afrika vəbası xəstəliyinin baş qaldırmasını araşdırır. Profilaktik əməliyyatlar aparılır. Xəstəliyin yayılma üsulları araşdırılır. Qeyd edək ki, donuzlarda Afrika vəbası xəstəliyi keçici xəstəlik sayılır. İnsanların bu xəstəliyə yoluxma təhlükəsi yoxdur.

2019-cu ildə Afrika vəbası Çin, Şimali Koreya, Monqolustan və Vyetnam donuz fermalarında qeydə alınıb. Bundan əlavə Şərqi və Mərkəzi Avropada vəhşi donuzların bu xəstəliyə yoluxması məlumatı daxil olub. Asiyada bu xəstəliyə 200 milyon donuz yoluxub. Bütün səylərə baxmayaraq, problemin hələ də olunmayıb.