14 yanvar 2020 20:03
619

“Yuventus”un sabiq futbolçusu karyerasını başa vurub

“Liverpul”un və “Yuventus”un sabiq futbolçusu, 34 yaşlı yarımmüdafiəçi Məhəmməd Sissoko karyerasını başa vurub.

Yarımmüdafiəçi Fransa mətbuatına açıqlamasında belə qərar verməyə məcbur olduğunu söyləyib.

“Liverpul, “Yuventus”, PSJ kimi klublarda çıxış edən Sissoko son olaraq Liqa 2-də mübarizə aparan “Soşo”nun şərəfini qoruyurdu. O, hətta Çin, Hindistan, İndoneziya, Meksika və Honqkonq çempionatlarında da oynayıb.

Yarımmüdafiəçi Mali millisinin heyətində 34 oyun keçirib.