28 yanvar 2020 18:49
1456

Zaqatala və Balakən seçiciləri Kamilə Əliyevaya “hə” deyir

Yanvarın 28-də deputatlığa namizəd Kamilə Əliyeva növbəti görüşünü Zaqatalanın təhsil işçiləri və Balakənin Kortala  kənd sakinləri ilə keçirib.

Seçicilərə öz fəaliyyəti barədə məlumat verən deputatlığa namizəd Kamilə Əliyeva bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı daha da yaxşılaşır. İslahatlar ölkə vətəndaşının sosial durumunu xeyli dərəcədə yüksəldib, rayonlarda müasir infrastrukturlar yaradılıb. O cümlədən ölkənin hər yerində olduğu kimi, Zaqatala və Balakən  rayonları da abadlaşıb, inkişaf edib. Təbii ki, bütün bunlara görə Prezident İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha geniş vüsət alacaq”.

Kamilə Əliyeva sonda qeyd edib ki, seçicilərdən aldığım güc mənə enerji verir, qələbəyə yaxın olduğuma inam yaradır. Təbii ki, mənə ən doğma olan seçicilərimdən xoş sözlər eşitmək, dəstəklərini hiss etmək fərqli bir duyğudur.

Görüşlərdə seçicilər Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Kamilə Əliyevaya  yekdilliklə səs verəcəklərini bildiriblər.

Cavid Əkbərov, “İki sahil”