13 may 2019 12:03
75

Zaqatalada mikroavtobus aşıb, 6 nəfər xəsarət alıb

Zaqatalada mikroavtobus aşıb. 

"İki sahil" "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 6 nəfər xəsarət alıb. 

Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar: "Xəsarət alanlardan ən ağırı 15 yaşlı qız bud sümüyünün sınığı diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digərlərinin xəsarətləri ağır olmadığından tez bir zamanda evə buraxılacaqlar".