10 yanvar 2020 13:28
73

Zaqatalada xəstəxanaya müraciətlər kəskin artıb

İcbari tibbi sığortanın tətbiq olunduğu Zaqatalada sakinlərin rahatlıq və məmnunluğunu təmin etmək məqsədilə rayon mərkəzi xəstəxanasında dörd müxtəlif yerdə qeydiyyat mərkəzi fəaliyyət göstərir. 

"İki sahil" Zaqatala Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin rəhbərliyi və müvafiq şöbənin əməkdaşları bir neçə gündür ki, Şəki-Zaqatala bölgəsi rayonlarında prosesin gedişini izləyir, maarifləndirmə işi aparırlar.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Rövşən Əhmədovun verdiyi məlumata görə, həftənin ilk dörd günündə  1922 nəfər ambulator xidmətə müraciət edib. Onlardan 336 nəfəri laborator müayinədən keçib, 500 nəfərin rentgen müayinəsi aparılıb. Eyni zamanda, ultrasəs müayinəsini də bura daxil etmək olar.

Təkcə yanvarın 8-də ambulator müayinə üçün xəstəxanaya 922 nəfər müraciət edib.