24 iyun 2019 11:23
1798

Zavod işçiləri çimərlik geyimində - FOTO

Belarusda anomal istilər səbəbindən “Belmaş” zavodu işçilərə çimərlik geyimində işləməyə icazə verib.

Zavodun qadın işçilərinin xahişi ilə rəhbərlik dress-kod qaydalarında dəyişiklik edib.

Yeni tələblərə əsasən, qurğuları sınaqdan keçirən qadınlar ya çimərlik geyimində, ya da alt paltarında ola bilərlər. Küçədə tempratur 27 dərəcədən çox olanda bu qayda tətbiq edilir. Qadın fəhlələr bu qərardan razı qalıblar. / ölkə.az