06 sentyabr 2019 15:48
128

Zəlzələ Türkiyənin iki şəhərində hiss olunub

Sentyabrın 6-da Aralıq dənizinin Türkiyə sahillərində Rixter cədvəli ilə 4 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, yerli vaxtla saat 11.59-da qeydə alınan yeraltı təkan Antalya və Alaniya şəhərlərində hiss olunub.