20 oktyabr 2020 21:06
1103

Zəngilan şəhərinin peykdən görünüşü

“Azərkosmos” işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb.

“İki sahil” xəbər verir ki, görüntü peyk operatorunun tvitter səhifəsində dərc olunub.

“Bu gün Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun 6 kəndini, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir sıra kəndlərini erməni işğalından azad edib. Zəngilan şəhəri azad edildikdən sonra “Azersky” vasitəsilə əldə etdiyi görüntünü təqdim edirik”, - paylaşımda qeyd olunub.