28 yanvar 2021 16:47
685

Zərif Qaxaria ilə Qarabağı müzakirə edib

Gürcüstanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Baş nazir Giorgi Qaxaria ilə görüşüb.

"İki sahil" İran XİN-ə istinadla xəbər verir ki, tərəflər iki qonşu ölkə arasındakı münasibətləri nəzərdən keçirib, Qarabağda son toqquşmaların ardından bölgədə yaranmış yeni inkişafa dair müzakirələr aparıblar.

İran və Gürcüstan arasındakı iqtisadi, ticarət əməkdaşlığına toxunan Zərif bu sahədə əlaqələrin qorunması və inkişafının vacibliyini vurğulayıb.

Qarabağ münaqişəsindən sonra bölgədəki vəziyyətdən söz açan XİN rəhbəri regional sabitlik yaratmaq üçün İranın durumu qiymətləndirməsini təklif edib.

Xatırladaq ki, Zərif regional səfər çərçivəsində bundan əvvəl Azərbaycanda, Rusiya və Ermənistanda olub. Sabah isə Türkiyəyə gedəcək.