12 iyun 2019 20:48
218

Zirvəyə aparan yol

1993-cü ilin 15 iyun tarixi ərəfəsində müstəqil respublikamizin tarixində ən ağır dövr yaşanırdı. Düşmən təcavüzünə məruz qalan ölkənin daxilində vətəndaş müharibəsi alovlanırdı. Ölkəmiz parçalanmaq, məhv olmaq, “ölüm-dirim” dilemması qarşısında qalmışdı.

Ölkədə yaranmış xaosdan, anarxiyadan, özbaşınalıqdan, hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün xalqa zidd siyasətindən cana doyan xalq nicat yolunu uzun illər dövlətçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyevdə görürdü. Hamının nəzərləri o dövrdə Naxcıvanda yaşayan dahi rəhbər Heydər Əliyevə  dikilmişdi. Belə bir çətin və  ağır məqamda xalq bir daha müdriklik göstərərək dünya şöhrətli siyasətçı və dövlət xadimi Heydər Əliyevə müraciət etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın tarixində yeni eranın təməli olmaqla Qurtuluş bayramına çevrildi. Xalq  1988-ci ildən düşdüyü faciələrdən birdəfəlik xilas oldu.

Əsrin ən böyük azərbaycanlısı, xalqın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xalqımız və millətimiz qarşısındakı əvəzsiz xidmətlərindən biri də onun müstəqil dövlətimizin gələcək inkişaf strategiyasını hazırlaması və bu strategiyanı həyata keçirə biləcək lideri- cənab İlham Əliyevi yetişdirərək dövlətimizin sükanını etibarlı əllərə tapşırmasıdır. Ulu Öndər cənab İlham Əliyev haqqında deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Ulu öndər Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz daha da möhkəmlənib, Azərbaycan regionun lider dövlətinə çevrilib. Məhz görülən bu işlərin nəticəsidir ki, xalqımızın həyat səviyyəsi günbəgün yüksəlir. Hər bir azərbaycanlı kimi, qobustanlılar da bu yüksəlişi, bu tərəqqini, bu inkişafı, rifahımızın yaxşılaşmasını gündəlik həyatlarında hiss edir və görürlər. Yüz  illərdir suya həsrət qalan kəndlərimizə  su -həyat verilb, heç bir dövrdə asfaltı olmayan yollarımız asfaltlaşıb, əvvəllər boz səhranı xatırladan Qobustan indi şəhərə çevrilib, yüzlərlə  yeni və bir-birindən yaraşıqlı fərdi yaşayış evləri onlarla yeni inzibati binalar, yeni müasir tələblərə cavab verən xəstəxana binası, 20 yeni məktəb binası tikilib istifadəyə verilib. Ulu Öndərin adını daşıyan park salınıb, gənclər və uşaqlar üçün əyləncə mərkəzləri tikilib istifadəyə verilib.  Son illərdə rayonda 250-dən cox fərdi yaşayış evi, 8 yeni məktəb binası, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 4 məktəb binası tikilib istifadəyə verilib. Qarabağ əlilləri və şəhid ailələri üçün 8 mənzilli yaşayış binası, 3 Qarabağ əlili üçün 3 otaqlı fərdi mənzillər tikilib istifadəyə verilib. Qarabağ əlilləri üçün tikilmiş 16 mənzilli yaşayış binası da artıq onların istifadəsindədir. Bundan əlavə, Qobustan şəhərində yeni Şahmat məktəbi, Qobustan şəhər 3 saylı tam orta məktəbi üçün 624  yerlik  yeni məktəb binası, Təsi, Sədəf, Şıxzərli kənd ümumi orta məktəbləri üçün modul tipli binalar, 2 yeni hər biri yüz yerlik olmaqla uşaq bağçası tikilib.

Ölkə Prezidenti cənab İlham Əliyev bu günlərdə rayonumuzda artıq beşinci dəfə səfərdə olub. Səfər zamanı cənab Prezidentin bir sıra sosial obyektlərin, Bakı-Şamaxı-Yevlax-magistral yolundan Poladlıya gedən və 6 kəndin əhalisinə xidmət edən yeni salınan yolun, rayon xəstəxanasinin yeni binasının, 200 nəfərin çalışacağı “Azərxalça” ASC-nin Qobustan filialının, eləcə də Qobustan regional yun və boyaq bitkilərinin qəbulu məntəqəsinin açılışında iştirak etməsi ölkə rəhbərinin Qobustanın sosial iqtisadi inkişafına qayğısının bariz nümunəsi olub. Möhtərəm Prezidentimizin rayona səfəri və səfərdən dərhal sonra imzaladığı sərəncamlar bir daha dövlət başçısının regionların, o cümlədən Qobustan rayonunun sürətli inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Rayonda səfərdə olarkən bu işləri yüksək qiymətləndirən dövlətimizin başçısı demişdir: “Biz Qobustan rayonunun timsalında ölkəmizin ümumi inkişaf dinamikasını görürük.”

Füzuli Gülaliyev,

YAP Qobustan rayon təşkilatının sədri