29 yanvar 2020 17:33
1082

Ziyafət Əsgərov seçiciləri YAP-ın namizədinə səs verməyə çağırdı - FOTO

Bugün Yeni Azərbaycan Partiyası tərəfindən 76 saylı Lənkəran-Astara müştərək seçki dairəsindən fevralın 9-da keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə namizəd olan Ziyafət Əsgərov seçicilərlə görüş keçirib.

Seçiciləri qarşısında çıxış edən deputatlığa namizəd Azərbaycanın son illər sürətli inkişafından və bütün sahələrdə müşahidə olunan ciddi dəyişikliklərdən söhbət açıb: “Qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub, bazar institutları formalaşdırılıb. Yeni inkişaf mərhələsinin məqsədi, ilk növbədə, xarici və daxili sosial-iqtisadi çağırışları qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Bu isə, Prezident İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkün olub. Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan, məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli inkişaf modeli formalaşıb. Bu modelin reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılıb, makroiqtisadi sabitlik təmin edilib. Ölkəmizdə aparılan siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramları inkişaf dinamikasını daha da sürətləndirir. Ümumilikdə, düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib. Məhz bu səbəbdən də sizlərdən xahiş edirəm ki, inkişafın daimi olması üçün fevralın 9-da seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursuna səs verəsiniz”.

Z. Əsgərov görüşün sonunda seçiciləri fərdi qaydada dinləyərək onların qayğı və problemləri ilə maraqlanıb, müəyyən qeydlər aparıb.

Taleh Bağırov, “İki sahil”