19 avqust 2019 16:33
686

Zlatko Daliç: Futbolçularımızın Azərbaycanla matçda...

“Futbolçularımızın yay fasiləsində klublarını dəyişməsindən, az və ya çox oynamalarından asılı olmayaraq onlara inanıram”.

“Report” xəbər verir ki, bunları Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycan yığmalarına qarşı səfərdə keçirəcəkləri oyunlar üçün dəvət etdiyi futbolçular haqda danışarkən “Jutarnji List”ə deyib.

53 yaşlı mütəxəssis bildirib ki, futbolçuların Slovakiya və Azərbaycanla matçlarda ümidləri doğruldacaqlarını gözləyir. O, 2 həftədən sonra təlim-məşq toplanışına başlayacaqlarını deyib.

Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisi ilə üz-üzə gələcək. Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda Zaqrebdə rəqibinə 1:2 hesabı ilə uduzub.