11 sentyabr 2019 15:19
137

Zöhrə Ağamirova: Bizim qarşımızda böyük məsuliyyət dayanır

Sentyabrın 16-22-də Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı keçiriləcək. Dünya çempionatı ərəfəsində ölkəmizi təmsil edəcək gimnastlardan biri Zöhrə Ağamirova Trend-ə yarışlara hazırlıqdan və Azərbaycan milli komandasında çıxış etməyin onun üçün nə ifadə etməsi barədə danışıb.

Zöhrə Ağamirovanı da bu idmana digər gimnastlar kimi valideynləri gətirib:

“Valideynlərim məsləhətləşib qərara aldılar ki, məni gimnastikaya versinlər. Üç yaşımda mən əvvəlcə akrobatika ilə məşğul olmağa başladım, dörd yaşımda isə bədii gimnastikaya keçdim. Altı ildir ki, mən milli komandadayam. Öz ölkən üçün çıxış etmək böyük məsuliyyətdir”.

Hazırda idmançının bütün gücünü dünya çempionatına hazırlığa yönəldib:

“Biz Bakıdakı dünya çempionatına səylə hazırlaşırıq. Bu yarış 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Bizim qarşımızda böyük məsuliyyət dayanır. Yarış zamanı həyəcan olur, həyəcanın öhdəsindən gəlməyə komanda yoldaşları və əlbəttə ki, məşqçi kömək edir”.

Gimnsat, həmçinin bildirib ki, onun hər hansı bir talismanı yoxdur, ona əminliyi tamaşaçıların dəstəyi verir:

“Tamaşaçıların dəstəyini hiss edəndə çıxış etmək rahat olur. Ona görə də hamını sentyabrın 16-22-də Milli Gimnastika Arenasına dəvət edirəm”.