05 iyun 2020 16:49
1516

Zorakılıqla savaşan rəng və yaxud Baker Miller çəhrayısı nədir?

Rənglərin insan psixologiyasına təsirləri bir neçə dəfə sübut olunmuşdur. Mavi rəngin verdiyi güvən, yaşıl rəngin yaradıcılığın qaynağı olması kimi teoremlər bəllidir. Rənglərin psixologiyası bir çox araşdırma mövzusu oldu. İnsanları və əşyaları gördüyünüz anda onlar haqqındakı düşüncələriniz təxminən 90 saniyə ərzində formalaşır. Bu düşüncənin isə 60-90%-i tamamilə rənglərə bağlıdır. Bu səbəbdən rənglərin insanlar üzərində təsiri var. Xüsusilə qızların istifadə etdiyi rəng olaraq da tanınan çəhrayı rəng, bir müddətdir ki, həbsxanalarda da istifadə olunur.

Həbsxanalarda istifadə olunan bu Baker-Miller çəhrayısı nədir? Haradan gəlir?

Rənglərin insan davranışları üzərində təsirinin olmasını mənimsəyən insanlar bir xeyli çoxdur. ABŞ, İngiltərə, İsveçrə, Almaniya, Polşa və Avstrada bəzi həbsxanalar, çəhrayının müəyyən tonunda boyanır. 1960-cı illərin sonlarında Amerikan Biososial Araşdırmalar İnstitutunun rəhbəri Alexander Schauss çəhrayı rəngin psixolojik və fiziolojik təsirləri üzərində araşdırma aparıb.

Schauss, rəng seçimlərinin insan xarakteri haqqında ipucları verdiyinə inanan İsveçrəli psixiatrist Max Luscherin tədqiqatlarından istifadə etmişdir. Luscher, rəng seçimlərinin xəstələrindəki psixolojik və fiziolojik dalğalanmalara görə dəyişdiyini müşahidə etmiş və rəng seçiminin duyğusal vəziyyətləri ifadə etdiyi qənaətinə gəlmişdir. Aparılan araşdırmalardan ruhlanan Schauss 1978-də rənglər və insanlar üzərində bir tədqiqat apararaq, rənglərin əzələ gücündən kardiovaksular sistemə qədər bir çox şey üzərində təsiri olduğunu müşahidə etmişdir. Schauss, araşdırma asistantı John Ottun köməyi ilə öz üzərində testlər aparmış və bu testlərdə çəhrayı rəngin çox dərin bir təsirə sahib olduğunu görmüşdür.

Schauss xüsusilə idman etdikdən sonra sadəcə bu rəngdə olan 18/24 inçlik bir karta baxaraq digər rənglərə nisbətən ürək döyüntülərini, nəbzini və təngənəfəsliyini azaltmağa təsir etdiyini bildirmişdir. Schauss bu çəhrayı tonun adını “P-618” qoymuşdur.

1979-cu ildə Vaşinqtondakı həbsxananın kameralarından bəzilərini çəhrayı rəngə boyamağı qəbul etdirməyi bacardılar. Bunun sayəsində çəhrayı rəngin məhbuslar üzərindəki təsirlərini müşahidə edə biləcəkdilər. Aparılan təcrübədə, içərisi çəhrayı rəngdə olan kameralardakı məhbusların şiddətə olan meyillilikləri izləndi.

1 mart 1979-cu ildə bu prosedurun başladılmasından indiyədək, nizamsız və ya zorakılıq davranışları yaşanmadı. Beləliklə, Schaussun kəşf etdiyi bu çəhrayı tonu, müşahidəyə icazə verən müdirlərin Baker və Millerin adını daşıdı.

Lakin James E. Gilliam və David Unruh tərəfindən aparılan müşahidə zamanı alimlər əvvəlki nəticələrin əksinə şahid oldular. Çünki Santa Clara həbsxanasında bu rəng istifadə edilərkən zaman zorakılıq faizi əvvəlkindən daha yüksək olmağa başladı.

Röya Rasimqızı,

“İki sahil”