25 iyun 2020 11:38
3046

Zövqə uyğun ətri neçə seçməli?

Ətir çanta, sırğa və başqa xüsusi əşyalar qədər önəmlidir. Gözəl qoxu stilimizi tamamlayır. Bəs bu qədər önəmli aksesuarı necə seçməli?

Bəzən mağazalarda hər hansı bir ətrin qoxusu bizi valeh edə bilər, amma bu, o demək deyil ki, dərinizdə də ətirə olan sevginiz eyni qalacaq. Bəs necə anlamaq olar ki, ətir sizə uyğundur ya yox? Bunun üçün sizə bir gün yetərlidir.

Ətri istifadə etdikdən 30 dəqiqə sonra qoxu azalır

Əgər belə halla rastalşmısınızsa düşünməyin ki, ətir qalıcı deyil. 30 dəqiqə sonra ətirin ilk notları gedir, özünüz daha az hiss edirsiniz, ancaq ətrafınızdakılar bu qoxuları hiss edirlər.

Ətirdən sonra əhvalınıza diqqət edin

Təəccübləndirici olsa da ətrin qoxusu bizim əhval-ruhiyyəmizə təsir edə bilir. Ətri istifadə etdikdən sonra əhvalımız gözəldirsə deməli, seçimimiz doğru olub. Yox,  əgər baş ağrısı və ya dəridə qaşınma varsa deməli ətir dəyişdirilməlidir.

Ətrin qoxusu sizə hər zaman xoş təsir etməlidir

Əgər səhər ətirin qoxusu xoş gəlirsə, bu, o deməkdir ki, yorğun olanda da eyni hissi verməlidir. Əgər elə deyilsə deməli, düzgün ətir seçimi etməmisiniz.

Ətrin qoxusu dərinizdə və ya parçada qoxu çubuqlarından daha fərqli olur

Ətir seçərkən qoxu çubuqlarından seçməyin. Dərinizə də mütləq sıxın. Ətirin notları dəridə daha fərqli olur. Hətta saçlarda və  dəridə daha fərqli də ola bilər. Bu səbəbdən də ətir seçimi edərkən bunlara da diqqət etməyinizi məsləhət görərdik.

Hər mövsümün öz ətiri var

Hər zaman ətir seçimində mövsümü də nəzərə almalısınız, çünki qış ətirləri daha ağır, yaz ətirləri isə daha şirin notlardan ibarət olur. Bu səbəbdən də daha mövsümə uyğun əhval-ruhiyyə üçün seçiminizdə bunu nəzərə almağınız mütləqdir.

Röya Rasimqızı,

“İki sahil”