16 avqust 2019 14:30
872

Zubir "Qarabağ"dan ayrıla bilər

Abdullah Zubir "Qarabağ"dan ayrıla bilər.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, "Qenqam" 27 yaşlı yarımmüdafiəçi ilə ciddi maraqlanır. Hətta bu transferi bitirmək üçün Fransa klubunun prezidenti Bertrand Desplat və klub rəsmisi Stefan Karnotun Azərbaycanda olduğu vurğulanıb. 

Qeyd edək ki, "Qenqam" ötən mövsüm Fransa Liqasında sonuncu yeri tutaraq 2-ci liqaya düşüb.

Xatırladaq ki, Zubir 2018-ci ilin yayında "Lans"dan (Fransa) "Qarabağ"a transfer olunub.