Biz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi olaraq, Azərbaycan multikulturalizmi dərsliyinin yaradılması üzərində çalışırıq.
Trend-in məlumatına görə, bunu Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu gün "İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.
K.Abdullayev bildirib ki, dərslikdə Azərbaycan multikulturalizminin ən müxtəlif istiqamətlərdən işıqlandırılması nəzərdə tutulur. Bu fənni tədris edən bir çox xarici ölkə müəllimləri - məsələn, almaniyalı professorlar fənnin tədrisi zamanı Azərbaycan multikulturalizmini alman multikulturalizmi ilə müqayisə edirlər".
MİDA: Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq
“Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib
Naxçıvanda şəhər və ətraf ərazilər üzrə ictimai nəqliyyata əlçatanlığın səviyyəsi 95 faizə yüksəlib