28 yanvar 2018 16:03
853

Afrində 484 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" antiterror əməliyyatı ilə bağlı yeni məlumatları açıqlayıb.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyatlar zamanı indiyədək 484 terrorçu zərərsizləşdirilib. Bildirilib ki, PYD, YPG və İŞİD mövqelərinə sarsıdıcı zərbələr vurulub. Əməliyyatlar hazırda uğurla davam etdirilir.

Xatırladaq ki, Türkiyənin Suriya ilə sərhədindəki Afrin bölgəsinin terrorçulardan təmizlənməsi məqsədi daşıyan “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb.