16 oktyabr 2018 16:07
1233

BTC kəməri ilə 25,1 milyon ton neft göndərilib

Üç rübdə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 25,1 milyon ton neft göndərilib

Bu ilin 9 ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 30 milyon 881,7 min ton neft nəql olunub. Nəqletmənin 81,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 25 milyon 153,8 min ton neft ötürülüb. Doqquz ayda BTC ilə 4 milyon 785,8 min ton tranzit nefti də nəql edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.