Kofenin mədəaltı vəzi xərçənginin inkişaf riskini artırdığına dair xəbərlər var.
“İki sahil” “aif.ru”ya istinadla xəbər verir ki, Rusiyalı həkim Aleksandr Myasnikov bu məsələ ilə bağlı açıqlama verib.
O, qeyd edib ki, kofe, əksinə, bu gün rəsmi olaraq xərçəng əleyhinə dərman kimi təsnif edilir: “Onun təsir etdiyi orqan qaraciyərdir. Araşdırmalar göstərir ki, kofe qaraciyərə və mədəaltı vəzə mənfi təsir etmir. Əksinə, təcrübə sübut edir ki, kofe xərçəngin qarşısını alan məhsul kimi təsnif edilir”. Həkim, eyni zamanda, bildirib ki, müxtəlif növ kələmlər, brokoli, qırmızı düyü, dəniz məhsulları xərçəng əleyhinə xüsusiyyətlərə malikdirlər.
Amma həkim xəbərdarlıq edir ki, kofeni məqbul həddə - gündə üç fincandan çox olmamaqla içilməlidir. Myasnikov qeyd edib ki, məhsulları sağlam və ya qeyri-sağlama bölmək doğru deyil. Əsas odur ki, nə yediyinizə, nə qədər yediyinizə, nə vaxt yediyinizə diqqət edin.
Nüsrət Məmmədov, "İki sahil"