20 sentyabr 2017 21:28
735

SOCAR-ın kollektivi fəxri xiyabanda

SOCAR-ın kollektivi fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin xatirəsini yad etmişdir

Sentyabrın 20-də Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü” münasibəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri və çoxminli kollektivin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər.

Şirkət nümayəndələri iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçəklər düzmüşlər.