23 aprel 2024 15:35
912

Sağlamlığımız üçün faydalı yağ HANSIDIR?

Heyvan mənşəli yağlar orqanizmə çox lazımlıdır. Lakin, heyvan mənşəli yağlardan həddindən artıq istifadə qanda xolesterinin səviyyəsinin artmasına, bu isə öz növbəsində ürək-damar xəstəlikləri riskinin yaranmasına səbəb ola bilər. Bitki mənşəli yağların da tərkibində vitaminlər (xüsusən E vitamini) və digər faydalı maddələr var.

Bu fikirləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Aynur Həsənova “İki sahil”ə açıqlamasında bildirdi.

Agentlik rəsmisi qeyd etdi ki, ən çox yayılmış növləri zeytun, günəbaxan, qarğıdalı, pambıq və xardal yağlarıdır. Heyvan mənşəli yağlardan fərqli olaraq, bu  yağlar duru halda olur, bu da orqanizm tərəfindən yaxşı sorulur və qan damarlarının yolunu bağlamır və xolesterinlə də əla mübarizə aparır. Buna görə də bitki mənşəli yağlar sağlamlıq üçün daha faydalı hesab olunur. Təbii ki, zeytun yağı, qarğıdalı, günəbaxan kimi otaq temperaturunda təbii maye olan bitki yağları ilk seçimimiz olmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”