14 noyabr 2017 20:00
538

Bu il Azərbaycandan 5,6 milyard kubmetr təbii qaz ixrac edilib

Bu ilin on ayında Azərbaycandan 5 milyard 649 milyon 24 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 1 milyon 705 min ABŞ dolları təşkil edib.