18 oktyabr 2018 16:05
2331

Dekoltesi ilə nəfəs kəsdi

Məşhur model Emili Ratajovski kürək dekoltesi ilə nəfəs kəsib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, model dünən Nyu-Yorkda “MOETxVIRGIL” ziyafətinə qatılıb.

27 yaşlı model tədbir üçün “Monse’s SS19” moda evindən ağ enli şalvar və assimetrik kəsimli bluz seçib. O, abrazını qara bosonojka və qara həsir çanta ilə tamamlayıb. Kürək dekoltesi ilə diqqət çəkən Emili gecənin əsas ulduzu olub.