Menu
  • 16-12-2018
      • Bakı +8+10

  • 08-11-2018
    • $ 1.7
      1.9423

1   2   3   4   5   6

MƏDƏNİYYƏT

“Pedaqoji aləm” jurnalı: Azərbaycan dünyada özünə layiqli yer tutub

03-05-2017 [ 19:37 ] [ oxunub:313 ]
A+ | A-

“Pedaqoji aləm” beynəlxalq elmi-populyar jurnalının növbəti nömrəsi çapdan çıxıb.

Jurnalın təsisçisi və baş redaktoru professor Nübar Muxtarova, elmi redaktoru dosent Fərhad Məmmədovdur.

AZƏRTAC xəbər verir ki, oxuculara Azərbaycan, rus və ingilis dillərində təqdim olunan jurnalın bu nömrəsi Azərbaycan Dövlət İnformasiya Agentliyinin ingilis dilində “Bir dəfə yüksələn bayraq bir daha enməz” sərlövhəli məqaləsi ilə başlanır. Məqalədə Azərbaycanın Dövlət Bayrağının tarixi, bayraqda əks olunan rənglərin mənası, müasir müstəqil Azərbaycanda Dövlət Bayrağı Günü, Dövlət Bayrağı Meydanı, Ginnes dünya rekordları təşkilatının Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olmasını təsdiq etməsi diqqətə çatdırılıb.

Jurnalın “Müstəqilliyimizin tarixi” rubrikası Nübar Muxtar və Fərhad Məmmədovun “Haqqın, ədalətin təntənəsi günü – müstəqilliyin bərpasının əzəmətli 25 ili” sərlövhəli məqaləsi ilə başlanır. Müəlliflər müstəqillik illərində Azərbaycanın bütün sahələrdə keçdiyi uğurlu inkişaf yoluna nəzər salıblar. Həmçinin Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan ölkənin sosial, iqtisadi, ictimai, siyasi, elm, təhsil sahələrinə xüsusi diqqət yetirilib. Məqalədə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda, elm və təhsildə, sosial həyatda 90-cı illərdə başlanan inkişaf meyilləri daha da güclənib, ölkənin bütün göstəriciləri üzrə həm Cənubi Qafqazda, həm MDB-də, həm də dünyada özünə layiqli yer tutub.

Jurnalın “Əvəzi olmayan Prezident” rubrikasında baş redaktor, Yeni Azərbaycan Partiyasının veteranı, Bakı Dövlət Universitetinin professoru Nübar Novruzova oxuculara müraciətində Azərbaycan dövləti başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən irimiqyaslı tədbirlərdə söz açıb. Nəşrin bu nömrəsində, həmçinin Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məqalə dərc edilib. Oxucular jurnalda Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Xəbər Agentliklərinin V Konqresi haqqında materiallarla tanış ola bilərlər.

“Pedaqoji aləm” beynəlxalq elmi-populyar jurnalının bu nömrəsində “Azərbaycan qadınlarının elmə verdikləri töhfələr” məqaləsi görkəmli şərqşünas alim, professor Aida İmanquliyevaya həsr olunub. Jurnalda “Müstəqilliyimizin tarixi”, “Əvəzi olmayan Prezident”, “Təbrik edirik”, “Heydər Əliyev Fondu”, “Dövlət siyasəti”, “Sönməyən ulduzlar”, “Dövlət komitələri”, “Dövlətin təhsil strategiyası”, “Muzeylər”, “Ən yaxşı məktəb”, “Müəllimlərin ustalığı”, “Təhsil Nazirliyi”, “İstedadlı gənclər”, “Ailə tərbiyəsi” rubrikaları da yer alıb.

FOTO QALEREYA

DİGƏR XƏBƏRLƏR