16 noyabr 2017 22:05
788

Honq Konq səyahət üçün ən təhlükəsiz yerdir

Çin Xalq Respublikasının xüsusi statusa malik bölgəsi olan Honq Konq turistlərin səyahəti üçün ən təhlükəsiz yer seçilib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, sorğu zamanı cinayət hadisələrinin azlığına, təbiət mənzərəsinin füsunkarlığına görə 121 ölkə arasında Honq Konq birinci yeri tutub. Sonrakı iki yerdə Sinqapur və Yaponiya qərarlaşıb.

Honduras isə səyahət üçün ən təhlükəli ölkə sayılıb.