18 iyul 2018 18:53
1663

Deputat Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədr müavini Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver TBMM-də Şamil Ayrımla görüşüb.

Görüşdə parlamentlərarası dostluq qrupu ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin səmərəli fəaliyyətinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, 1994-2002-ci illərdə TBMM-in deputatı olan Şamil Ayrım həmin dövrdə də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri olub.