23 iyul 2018 18:11
618

Rəsmi Bağdad “Rosneft”in rəhbərinin İraqa səfərini gözləyir

Rəsmi Bağdad Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft”in idarə heyətinin sədri İqor Seçinin İraqa səfərini gözləyir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İraqın Rusiyadakı səfiri Haydar Mansour Hadi “Rosneft”in rəhbərinin Bağdada səfərini gözlədiklərini deyib.

Səfir İ.Seçinin rəhbəri olduğu “Rosneft”in İraq Kürd Regional Rəhbərliyi (İKRR) ilə imzaladığı neft müqavilələrinin müzakirəsi üçün Bağdadda danışıqlar aparmasını istədiklərini qeyd edib.

Xatırladaq ki, “Rosneft” bu il İKRR ilə bölgənin təbii qaz ehtiyatlarının inkişafına dəstək olmaq və bir boru kəmərinin inşasını həyata keçirmək üçün müqavilə imzalayıb.