17 sentyabr 2018 23:40
1884

69 yaşlı aktyor ikinci dəfə ata olacaq

69 yaşlı Hollivud ulduzu Riçard Gir ikinci dəfə ata olacaq.

Milli.Az bildirir ki, bu barədə aktyorun 35 yaşlı arvadı Aleksandra Silva məlumat verib.

O, Riçardla fotosunu sosial şəbəkədə paylaşaraq yazıb:

"Övladımız üçün xeyir-dua alırıq. Bu xəbəri gizli saxlayırdıq. Çünki xeyir-duasız heç nə demək istəmirdik".

Qeyd edək ki, bu, hər ikisinin ikinci övladıdır. Belə ki, aktyorun aktrisa Keri Loueldən 17 yaşlı Qomer adlı bir oğlu var. Silva isə 2012-ci ildə keçmiş ərindən Albert adlı oğlu dünyaya gəlib.

Qeyd edək ki, Riçard və Silva 2014-cü ildən eşq yaşayır. Bu ilin aprelində isə cütlük evlənib.