04 oktyabr 2018 17:02
1893

KXDR sədrinin müavini müzakirələr üçün Pekində səfərdədir

 ABŞ-la danışıqları və nüvə silahsızlaşdırması məsələlərini nəzarətdə saxlayan Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici İşlər nazirinin müavini Tsoy Son Hi Pekinə səfər edib.

"Report" TASS-a istinadən xəbər verir ki, diplomat Çində nüvəsizləşdirmə mövzusunda danışıqlar aparmaq niyyətindədir.

Qeyd olunur ki, Tsoy Son Hinin müzakirələr üçün Çindən sonra Rusiyaya da səfər edəcəyi gözlənilir.

KXDR XİN başçısı müavininin Çində ABŞ Dövlət Departamentinin KXDR ilə bağlı siyasət üzrə xüsusi nümayəndəsi Stiven Biqun ilə görüş keçirəcəyi də istisna olunmur. S.Biqunun ABŞ dövlət katibi Maykl Pompeyin Pxenyanda keçirəcəyi danışıqlarda iştirak etdikdən sonra - oktyabrın 8-də Pekinə gedəcəyi gözlənilir.