01 noyabr 2018 21:46
3292

Novruz Məmmədov Astana şəhərinə yola düşüb

Noyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb.

AZƏRTAC-a bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.